Bazar, 28 Aprel

“Bir neçə həftəyə rus ordusu əldən düşəcək "– “Moskvanın Ukraynadakı planları dəyişir”

image

Rusiyanın Ukraynada üç həftəlik müharibədə verdiyi itki Birləşmiş Ştatların 20 ildən çox müddət ərzində Əfqanıstanda və İraqdakı itkilərindən çoxdur.

ABŞ və Britaniya kəşfiyyatları indiyədək Rusiyanın 7 mindən çox əsgərinin öldürüldüyünü, 14-21 min arası hərbi qulluqçunun isə yaralanaraq sıradan çıxdığını açıqlayıblar. ABŞ rəsmiləri və müstəqil təhlilçilər itki sayını döyüşlərin peyk təsvirləri və videoları əsasında hesabladıqlarını qeyd edirlər. Buna görə də dəqiq say bəlli deyil.

Ukrayna Müdafiə Nazirliyi isə işğalçı qüvvələrin 14 mindən artıq hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb. Bundan başqa, hücum edən tərəfin 450 ədəd tankı, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarəsi, 112 ədəd helikopteri, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib. İndiyədək Moskva yalnız bir dəfə – martın 2-də rəsmi itki sayını açıqlayıb, 498 əsgərin öldürüldüyünü bəyan edib.

Amma Rusiyanın Ukraynaya qarşı müharibədə böyük uğursuzluqla üzləşdiyi getdikcə daha aydın olur, əsgərlər arasında ruh düşkünlüyü, fərarilik, logistik çətinliklər haqda məlumatlar var. Problemlərə baxmayaraq, Rusiya ordusu Ukraynanın bəzi yerlərində kiçik nailiyyətlər əldə edir. Müharibə artıq hər iki tərəf üçün həlledici mərhələyə daxil olur.

 

 

Rusiya qüvvələri Ukraynada ləng irəliləyiş əldə edir, eyni zamanda Ukrayna tərəfdən sərt müqavimətlə üzləşirlər. Rusiya üzrə hərbi ekspert, Virciniyada (ABŞ) yerləşən CNA təhlil mərkəzində Rusiya Tədqiqatları proqramının başçısı Maykl Kofman"Azadlıq" radiosuna müsahibəsində bildirib ki, Rusiyanın artıq Kiyevə hücum edərək onu tutmaq niyyəti yoxdur. Onun sözlərinə görə, müşahidələr Rusiyanın müharibədəki məqsədlərinə yenidən baxdığını, Ukrayna hökuməti ilə müəyyən siyasi həllə nail olmağa çalışdığını göstərir. Kofman Rusiya qüvvələrinin Odessanı tutmaq planları olduğunu düşünmür və Ukrayna qüvvələrinə real təhdidi Donbasda görür.

Ekspertin fikrincə, Rusiya qüvvələri bu regionda Ukrayna qüvvələrini mühasirəyə sala, yaxud onlara təhlükəli vəziyyət yarada bilərlər. O, eyni zamanda paytaxt Kiyevin də mühasirəyə alına biləcəyini istisna etmir.
Ukraynanın havadan müdafiə qüvvələrinə gəlincə, Kofman bu qüvvələri asan hədəf saymır: “Məncə, ən böyük məsələlərdən biri adamların Ukraynanın hərbi gücünü lazımınca dəyərləndirməməsidir. Bu, Avropada adi silahlarla təmin olunmuş ən böyük ordulardan biridir və Birləşmiş Ştatların keçmişdə savaşdığı ordulardan xeyli fərqlidir, özəlliklə də səriştə, ruh yüksəkliyi, döyüşün effektivliyi, bacarıq səviyyəsi baxımından. Hələ müharibədən öncə Qərb ölkələrinin Ukraynaya verdiyi taktiki gücü bir tərəfə qoyaq.

Birləşmiş Ştatların Ukraynanın silahlandırılması üçün gördüyü işi də qeyd etmək lazımdır”. Kofman Rusiya Hava Qüvvələrinin məhdud əməliyyatlar apardığını, amma buna görə yüksək bədəl ödədiyini qeyd edir. O, Rusiyanın havadan müdafiə sistemini sıradan çıxarmaqda o qədər də məharətli olmadığını deyir.

ABŞ və digər Qərb ölkələrinin Ukraynaya göndərdiyi yer-hava tipli raketlər və digər havadan müdafiə sistemləri müharibənin növbəti mərhələsində həlledici rol oynaya bilərmi? 

 

 

Kofman bunu həlledici faktor saymasa da, köməyi dəyəcəyini düşünür. Ekspertin sözlərinə görə, Ukraynaya havadan müdafiə hər şeydən çox lazımdır: “Ukraynada havadan müdafiə qüvvələri pis işləmir və indilik dayanıb. Bu müdafiəni gücləndirmək digər ideyalardan daha yaxşıdır, mən səmanın bağlanacağını düşünmürəm”.

Kofman bir neçə həftəyə Rusiya ordusunun əldən düşəcəyini, əməliyyat fasiləsinə ehtiyac yaranacağını ehtimal edir: “Onların döyüş qabiliyyəti azalacaq, yenilənməyə, yenidən təşkilatlanmaya, yenidən silahla təchizata ehtiyac yaranacaq. Bu isə o deməkdir ki, bir neçə həftəyə hansısa formada atəşkəs əldə oluna bilər, tam siyasi həll olmasa belə. Bu mənim proqnozumdur, bu münaqişəyə ən nikbin yanaşmamdır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39